Nərminə Mustafayeva etimadnaməsini Latviya Prezidentinə təqdim edib

Xarici siyasət
  • 07 sentyabr, 2026
  • 16:07
Nərminə Mustafayeva etimadnaməsini Latviya Prezidentinə təqdim edib

Azərbaycanın Riqadakı yeni səfiri Nərminə Mustafayeva etimadnaməsini Latviya Prezidenti Edqars Rinkeviçsə təqdim edib.

Bu barədə "Report" Latviya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Daha əvvəl Nərminə Mustafayeva etimadnaməsinin surətini Latviya Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim etmişdi.

Xatırladaq ki, Nərminə Mustafayeva Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Latviyadakı səfiri təyin edilib.

Qeyd edək ki, Nərminə Mustafayeva 2020-2026-cı illərdə Azərbaycanın İstanbuldakı baş konsulu vəzifəsində çalışıb.

44 - Tezliklə