Nazir müavini: Azərbaycanda son beş ildə 240 min hektardan çox ərazi minalardan təmizlənib
Xarici siyasət
- 21 noyabr, 2025
- 18:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda son beş ildə 240 min hektardan çox ərazi minalardan təmizlənib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov "X"də yazıb.
O, Azərbaycanda 2020-ci ildən bəri 240 min hektardan çox çirklənmiş ərazinin minalardan təmizləndiyini qeyd edib:
"227 mindən çox mina və partlamamış hərbi sursatı zərərsizləşdirib ki, bu da azad edilmiş ərazilərdə təhlükəsizliyin bərpa edilməsi və yenidənqurma işlərinin aparılması üçün mühüm addımdır. Müharibə bitəndən bəri Azərbaycanda minalardan 400-dən çox insan həlak olub və ya şikəst olub, 1990-cı illərdən indiyədək qurbanların ümumi sayı 3400-dən çox olub. Qadınlar və uşaqlar itkilərin əhəmiyyətli hissəsini təşkil edir".
Son xəbərlər
19:11
Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Digər ölkələr
19:10
Moskva hava limanlarında 100-dən çox reys gecikib
Region
19:08
İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib
Digər ölkələr
18:55
Yəmən sahillərində tankerə yaxınlaşan qayığa xəbərdarlıq atəşi açılıb
Digər ölkələr
18:39
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
Fərdi
18:21
El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Digər ölkələr
18:17
Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər
Digər ölkələr
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol