NATO baş katibi Putinin İstanbul danışıqlarında iştirak etməməsini "böyük səhv" adlandırıb

Xarici siyasət
  • 16 may, 2025
  • 12:23
NATO baş katibi Putinin İstanbul danışıqlarında iştirak etməməsini böyük səhv adlandırıb

NATO baş katibi Mark Rütte Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə İstanbul danışıqlarında iştirak etməməsini "böyük səhv" adlandırıb.

“Report”un Albaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, o, bu barədə jurnalistlərə Avropa Siyasi Birliyinin sammitindən əvvəl bildirib.

"Putin İstanbuldakı danışıqlara aşağı səviyyəli nümayəndə heyəti göndərməklə böyük səhvə yol verdi. O, münaqişənin sülh yolu ilə həlli məsələsinə daha ciddi yanaşmalıdır", - Rütte qeyd edib.

Baş katib həmçinin qeyd edib ki, ukraynalılar birbaşa danışıqlarda iştirak etməyə razılıq verməklə düzgün qərar qəbul ediblər. "Onlar atəşkəs barədə danışıqlar aparmağa həqiqətən hazır olan nümayəndə heyəti göndəriblər", - o bildirib.

Rütte həmçinin Rusiya-Ukrayna nizamlanmasında ABŞ və Türkiyənin vasitəçilik səylərini məmnunluqla vurğulayıb.