Nana Nebieridze: Azərbaycan və Gürcüstan təkcə strateji tərəfdaşlar deyil, həm də dostdurlar

Xarici siyasət
  • 01 sentyabr, 2026
  • 15:52
Nana Nebieridze: Azərbaycan və Gürcüstan təkcə strateji tərəfdaşlar deyil, həm də dostdurlar

Azərbaycan və Gürcüstan təkcə strateji tərəfdaşlar deyil, həm də münasibətləri əsrlər boyu qoruyub saxlayan dostlardır.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın POSTV telekanalının aparıcısı Nana Nebieridze Bakıda jurnalistlərə açıqlamasında bildirib.

Qarabağa qarşıdakı səfərini şərh edən o, Azərbaycanın bu regionuna ilk dəfə səfər edəcəyini qeyd edib: "Mən hələ Qarabağda olmamışam. Görkəmli şəxsiyyətdən - "Qarabağ Azərbaycandır!" deyən Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirmək istəyirəm. Bütün Azərbaycan xalqını ərazilərini azad etmələri münasibətilə təbrik etmək istəyirəm".

Onun sözlərinə görə, Bakıda Zəfər Muzeyini ziyarət etməsi onda böyük təəssürat yaradıb: "Bu gün biz məndə çox böyük təəssürat yaradan muzeyi ziyarət etdik".

Т.Nebieridze, həmçinin Gürcüstan media nümayəndə heyətini Azərbaycana dəvət etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib: "Bizi bu gözəl səfərə dəvət etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürümü bildirmək istəyirəm. Bu səfər sayəsində yeni insanlarla görüşdüm, yeni dostlar qazandım. Azərbaycan və Gürcüstan təkcə strateji tərəfdaşlar deyil. İlk növbədə biz dostuq və bir-birimizi sevirik".

44 - Tezliklə