Muzaffer Şeker: Süni intellekt və sosial media türk dillərinə təzyiq göstərir

Xarici siyasət
  • 29 iyun, 2026
  • 16:52
Muzaffer Şeker: Süni intellekt və sosial media türk dillərinə təzyiq göstərir

Süni intellekt və sosial medianın təsiri getdikcə artır, bu prosesdə son dərəcə diqqətli olmaq lazımdır.

"Report" xəbər verir ki, Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker Bakıda keçirilən Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində" beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dil müəyyən təzyiqlərlə üz-üzədir və onu qorumaq hər kəsin məsuliyyətidir:

"Təhsilin, mütaliənin və canlı ünsiyyətin zəiflədiyi, əvəzində isə texnologiyalarla və süni intellektlə təmasın sürətlə artdığı bir dövdə daha diqqətli olmaq tələb olunur. Qarşıda duran əsas vəzifələrdən biri gənc nəslə dili necə sevdirəcəyimizi, onu necə öyrədəcəyimizi və gələcək nəsillərin bizdən aldıqları bu dili necə inkişaf etdirəcəklərini düzgün şəkildə izah etməkdir. Bu istiqamətdə birlikdə çalışmalı və məqsədyönlü addımlar atmalıyıq".

44 filmi