Mustafa Şentop Sahibə Qafarovaya zəng edib, başsağlığı verib
- 27 yanvar, 2023
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu qınayıram".
“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop tviterdə yazıb.
“Azərbaycan Milli Məclisinin sədri, əziz dostum Sahibə Qafarovaya zəng edərək şəhid olan qardaşımıza görə başsağlığı yaşadığımız hüznü və qardaş ölkə Azərbaycan xalqına başsağlığımızı çatdırdım”- o bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.