Türkiyəli nazir: Zəlzələdən zərər çəkmiş qardaşlarımıza verdiyimiz sözləri yerinə yetirməyə davam edəcəyik

Xarici siyasət
  • 19 iyun, 2025
  • 16:19
Türkiyəli nazir: Zəlzələdən zərər çəkmiş qardaşlarımıza verdiyimiz sözləri yerinə yetirməyə davam edəcəyik

Türkiyə zəlzələdən zərər çəkən tək bir vətəndaşını belə köməksiz vəziyyətdə qoymayacaq.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum deyib.

Onun sözlərinə görə, heç bir ölkə belə qısa müddətdə belə geniş bərpa-quruculuq işi həyata keçirə bilməz:

“Biz zəlzələnin ilk günündən bir-birimizdən güc aldıq, hər mərhələdə vətəndaşımızın yanında olduq. Bu böyük mübarizəni əsrin inşa səfərbərliyinə çevirdik. Bu, bir millətin yenidən dirçəliş hərəkəti idi. Dirçəliş söz verənlər və sözünü tutanlarla reallaşdırıldı. Biz yatmadan, dincəlmədən bütün zəlzələdən zərər çəkmiş qardaşlarımıza verdiyimiz sözləri yerinə yetirməyə davam edəcəyik”.

44 filmi