Mövlud Çavuşoğlu Zəfər Günü ilə bağlı paylaşım edib: "Hər zaman Azərbaycanın yanındayıq"
- 08 noyabr, 2023
- 09:41
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağı işğaldan azad edən Can Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürur və coşqu ilə təbrik edirik”.
“Report” xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu 8 Noyabr- Zəfər Günü münasibətilə “X” hesabında yazıb.
O, Azərbaycan dövləti və xalqını təbrik edib: “Əziz şəhidlərimizi rəhmətlə anıram. Qəhrəman hərbçilərimizə, qazilərimizə minnətdarıq. Tək millət, iki dövlət olaraq hər zaman Azərbaycanın yanındayıq”.
Karabağ'ı işgalden kurtaran Can Azerbaycan'ın büyük zaferinin 3. yıl dönümünü gurur ve coşkuyla kutluyoruz!
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) November 8, 2023
Aziz şehitlerimizi rahmetle anıyor, kahraman askerlerimize ve gazilerimize minnettarız. Tek millet, iki devlet olarak Türkiye olarak her zaman yanınızdayız. … pic.twitter.com/d4lQ2L5aA0