Mövlud Çavuşoğlu: “İstanbul-İrəvan aviareysi yaxın günlərdə fəaliyyətə başlayacaq”

Xarici siyasət
  • 20 dekabr, 2021
  • 10:04
Mövlud Çavuşoğlu: “İstanbul-İrəvan aviareysi yaxın günlərdə fəaliyyətə başlayacaq”
Mövlud Çavuşoğlu

“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bəzi şirkətlərin İstanbul-İrəvan aviareysi üçün sorğuları olub. Bunları dəyərləndiririk. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları verərkən can Azərbaycan ilə müzakirələrimizi davam etdiririk”, - nazir vurğulayıb.

XİN başçısı vurğulayıb ki, Türkiyə və Ermənistan birbaşa təmasların başlanması üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib: “Onlar ən qısa vaxtda görüşəcəklər”.