Moninder Sinqh: Zikh Federasiyası Bakı Təşəbbüs Qrupu ilə sazişlər imzalanacağına ümid edir

Xarici siyasət
  • 03 iyun, 2026
  • 11:45
Moninder Sinqh: Zikh Federasiyası Bakı Təşəbbüs Qrupu ilə sazişlər imzalanacağına ümid edir

Zikh Federasiyası Bakı Təşəbbüs Qrupu (BTQ) və Azərbaycanla sazişlərin imzalanacağına ümid edir.

"Report"un məlumatına görə, bunu Beynəlxalq Zikh Federasiyasının sədri Moninder Sinqh Bakıda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təşkilat Bakı Təşəbbüs Qrupu və Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük ümidlər bəsləyir və Bakıda keçirilən tədbir qlobal həmrəyliyin təzahürü və beynəlxalq dialoq üçün platforma kimi qiymətləndirilir:

"Bakı Təşəbbüs Qrupu, Azərbaycan hökuməti, ölkə KİV-ləri və akademik ictimaiyyət xalqların söz hüququna malik olması ideyasını dəstəkləyib. Qlobal Cənub inkişaf edir və dialoq beynəlxalq səviyyədə aparılmalıdır".

Sinqh həmçinin zikh icmasının regionla tarixi əlaqələrini vurğulayaraq əsrlər boyu zikh səyyahların və din xadimlərinin Azərbaycana səfər etdiyini bildirib.

O, vaxtilə zikh ruhani liderlərinin qaldığı və pəncab dilində yazıların qorunub saxlandığı "Atəşgah" məbədini xüsusilə qeyd edib.

"Biz Bakı Təşəbbüs Qrupu və Azərbaycan hökuməti ilə sazişlərin imzalanmasına və qarşılıqlı anlaşmaya ümid edirik", - Sinqh əlavə edib.

44 filmi