Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə ölkəyə qaytarılacaq - RƏSMİ
Xarici siyasət
- 13 noyabr, 2025
- 11:50
Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.
Bunu "Report"un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır və həmin gənclərə hər bir dəstək göstərilib:
"Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq".
Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, 40-a yaxın azərbaycanlı tələbə Kişineu beynəlxalq hava limanında gözlənilməz problemlə üzləşib. Onların Moldovaya girişlərinə icazə verilməyib.
Son xəbərlər
13:48
"Neftçi"nin baş məşqçisi Samir Abasov dörd oyunluq cəzalanıb
Futbol13:39
Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılmasına münasibət bildirib
Din13:38
QMİ sədri: Azərbaycan tolerantlıq məsələsində bütün dünyaya nümunə göstərilir
Din13:36
Foto
Növbəti köç karvanları Daşbulaq və Badaraya çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Daxili siyasət13:35
Deputat: "Kəndlilərin çoxu torpağını suvarmaq üçün su tapmır"
ASK13:28
Foto
PA rəhbəri Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
Daxili siyasət13:25
Azərbaycan Özbəkistandakı biznes forumda 30 şirkətlə təmsil olunub
Biznes13:25
Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
Futbol13:24