Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir

Xarici siyasət
  • 05 mart, 2026
  • 16:01
Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir

Moldova İranın Naxçıvana hücumlarını qətiyyətlə pisləyir.

"Report"un məlumatına görə, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popşoy X sosial şəbəkəsində hesabında bildirib.

"Moldova mülki infrastruktura yönəlmiş və dinc sakinlərin yaralanmasına səbəb olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları qətiyyətlə pisləyir", - o yazıb.

XİN rəhbəri həmçinin qeyd edib ki, Moldova Azərbaycanla həmrəyliyini ifadə edir, onun suverenliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir.