Mixail Qusman: Heydər Əliyev Azərbaycanın xilaskarı idi

Xarici siyasət
  • 08 may, 2026
  • 18:53
Mixail Qusman: Heydər Əliyev Azərbaycanın xilaskarı idi

Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində ölkənin dövlətçiliyinin qorunub saxlanılmasında müstəsna rol oynayıb.

"Report" xəbər verir ki, bunu rusiyalı beynəlxalq jurnalist, professor Mixail Qusman Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə bildirib.

O xüsusilə vurğulayıb ki, Heydər Əliyev bütün həyatını Azərbaycana həsr edib. "O, ölkə qarşısındakı bütün məsuliyyəti dərk edərək, hər gün taqətdən düşənə qədər işləyirdi", - Qusman qeyd edib.

Jurnalist həmçinin Heydər Əliyevin rus dilini yüksək səviyyədə bildiyini qeyd edərək, onun söz duyumunu və fikirlərini dəqiq ifadə etmək bacarığını vurğulayıb.

O əlavə edib ki, məhz Heydər Əliyev ölkə üçün çətin tarixi dövrdə Azərbaycan cəmiyyətini birləşdirib və ölkənin dövlətçiliyini qoruyub saxlayıb.

"Mən faktiki olaraq parçalanmaqda olan ölkəni bir araya gətirib yenidən qura biləcək başqa bir insan tanımıram. O, Azərbaycanın xilaskarı idi", - o deyib.

Qeyd edək ki, Azərbaycanın Rus İcması Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş gecə təşkil edib. Tədbir çərçivəsində müəllifi Mixail Qusman olan "Liderin ürəyi" sənədli filminin nümayişi baş tutub.