Misir verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət
- 19 oktyabr, 2015
- 12:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 oktyabr. REPORT.AZ/ Misir BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin seçkiləri zamanı ölkəyə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Haytam Qalal deyib.
Görüş zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri və regional məsələlər müzakirə edilib.
Xatırladaq ki, Misir oktyabr ayında keçirilən seçkilər zamanı Seneqal, Uruqvay, Ukrayna və Yaponiya ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Qeyd edək ki, 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Son xəbərlər
13:43
Deputat: Azərbaycançılıq bizim üçün yalnız şüar deyil
Daxili siyasət
13:42
"Aston Villa" klubu Ceymi Karragerə qarşı məhkəmə iddiası qaldıracaq
Futbol
13:40
Azərbaycandakı bankların əməliyyat gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
13:29
Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Sağlamlıq
13:28
Hindistanda kişi məktəblilərə motorlu mişarla hücum edib, 2 nəfər yaralanıb
Digər ölkələr
13:22
Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
Sağlamlıq
13:20
Azərbaycandakı bankların nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
13:07
İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
Digər ölkələr
13:04
"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək
Futbol