Mideta Kaloper: Bosniyalı ailələr üçün ən vacib məsələ itkin düşmüş şəxslərin nəşinin tapılmasıdır

Xarici siyasət
  • 09 oktyabr, 2025
  • 10:57
Mideta Kaloper: Bosniyalı ailələr üçün ən vacib məsələ itkin düşmüş şəxslərin nəşinin tapılmasıdır

Bosniya və Herseqovinada ailələr üçün ən vacib məsələ itkin düşmüş şəxslərin nəşinin tapılmasıdır.

"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovinadan olan itkin ailənin üzvü Mideta Kaloper Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Bosniya və Herseqovinada bu ölkəyə qarşı hərbi təcavüz zamanı itkin düşmüş çoxsaylı insanın taleyi hələ də müəyyənləşməyib:

"Yəqin ki, Bosniya və Herseqovinada 1990-cı illərdə cərəyan edən proseslərdən, ölkəmizə qarşı həyata keçirilmiş hərbi təcavüzdən xəbərdarsınız. İndi isə Bosniyada itkin düşmüş şəxslərlə bağlı ən mühüm məsələlərdən biri bu problemin həllidir. Ailələr üçün ən vacib məsələ itkin düşmüş şəxslərin nəşinin tapılmasıdır. Yalnız o zaman itkin düşənlərin ailələri təskinlik tapa bilərlər.

Ən önəmli məsələlərdən biri də itkin düşmüş şəxslərin ailələri, həmçinin dövlət institutları arasında əməkdaşlıqdır. Ailələr və dövlət qurumları birlikdə işləməlidirlər ki, aktual suallar cavab tapılsın, itkin düşmüş şəxslərin nəşi tapılsın. Bu, istər sizdə, istərsə də bizdə məlumat əldə etməyin ən optimal yoludur. Buna görə də bəzən eyni fikirdə olmayan ailələr belə bir masa ətrafında toplaşmalıdırlar".

Son xəbərlər

Bütün Xəbər Lenti