Meri Saduma: Hindistanın Acmer şəhərində mobillik qadınlar üçün ciddi problem olaraq qalır

Xarici siyasət
  • 19 may, 2026
  • 14:49
Meri Saduma: Hindistanın Acmer şəhərində mobillik qadınlar üçün ciddi problem olaraq qalır

Gənc qadınların təhlükəsizliyi və hərəkət azadlığı - "ağıllı şəhər"in əsas göstəricisidir.

"Report" xəbər verir ki, bu barədə Hindistan nümayəndəsi Meri Saduma (Mery Sadumah) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Təhlükəsiz və dayanıqlı şəhərlər üçün gənclərin liderliyi" tədbirində bildirib.

Onun sözlərinə görə, şəhərlərin inkişafı tez-tez infrastruktur, texnologiyalar və "ağıllı şəhərlər" konsepsiyası prizmasından müzakirə olunur, lakin əsas məsələ şəhər mühitinin bütün sakinlər üçün real şəkildə əlçatanlığından ibarətdir.

M.Saduma bildirib ki, Hindistanın Acmer şəhərində bir çox gənc qadınlar üçün mobillik ciddi problem olaraq qalır: hava qaraldıqdan sonra hərəkət etməklə bağlı məhdudiyyətlər, ailələrin onların təhlükəsizliyi ilə bağlı qorxusu, ictimai nəqliyyat, infrastruktur çatışmazlığı və s.

Onun sözlərinə görə, Acmerdə "Cities for Youth" proqramı 30 gənc qızın və dörd mentorun iştirakı ilə başlayıb. İştirakçılar ictimai məkanların təhlükəsizliyi və əlçatanlığı da daxil olmaqla, şəhər mühitinin problemlərini qeydə alırdılar.

44 - Tezliklə