Mərakeşdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Xarici siyasət
  • 22 dekabr, 2025
  • 20:17
Mərakeşdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycanın Rabatdakı səfirliyində bayram tədbiri təşkil olunub.

"Report" xəbər verir ki, tədbirdə Mərakeşdəki Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi və onların ailə üzvləri iştirak ediblər.

Qonaqlara Azərbaycanın zəngin milli mətbəxini əks etdirən müxtəlif təamlar təqdim olunub. Eyni zamanda, Azərbaycan mədəniyyətini və ənənələrini əks etdirən təqdimatlar edilib. Bayram ab-havasını daha da gücləndirmək məqsədilə uşaqlara və böyüklərə milli dəyərləri əks etdirən hədiyyələr verilib.

Xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsini təmin edən bu cür tədbirlər milli birlik və həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşması, mədəni irsimiz və ənənələrimizlə yaxından tanış olması üçün əlverişli şərait yaradır. Belə tədbirlər xarici ölkələrdə yaşayan soydaşlarımız arasında əlaqələrin gücləndirilməsi, Azərbaycan mədəniyyətinin təşviqi və tanıdılması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Bayram tədbiri iştirakçılarda xoş xatirələr yaradıb, həmrəylik və milli qürur hissini bir daha gücləndirib, Azərbaycan diasporunun birliyini və xalqımızın zəngin mədəni dəyərlərinin xaricdə də yaşadıldığını nümayiş etdirib.

Son xəbərlər

Bütün Xəbər Lenti