MDB mükafatları soydaşlarımıza təqdim olunub

Xarici siyasət
  • 21 dekabr, 2021
  • 13:59
MDB mükafatları soydaşlarımıza təqdim olunub

Moskva şəhərində MDB mükafatlarının təqdim olunması mərasimi keçirilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, opera müğənnisi, Rusiyanın Böyük Teatrının solisti, xalq artisti Elçin Əzizova MDB-nin humanitar sahədə ən yüksək mükafatı “Birlik ulduzları”, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının baş müəllimi Zaur Məmmədova isə “Debütlər birliyi” mükafatı təqdim edilib. Hər iki mükafat MDB Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondu və Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis edilib.

Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoliy İksanov iştirak edib.