MDB Müdafiə Nazirləri Şurasının iclası Moskvada keçiriləcək

Xarici siyasət
  • 22 dekabr, 2015
  • 10:46
MDB Müdafiə Nazirləri Şurasının iclası Moskvada keçiriləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası dekabrın 23-də Moskvada keçiriləcək.

"Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, görüş zamanı nazirlər müdafiə sahəsində əməkdaşlığı, eləcə də onun inkişaf perspektivlərini müzakirə edəcək.