MDB Hökumət Başçıları Şurasının iclasının tarixi açıqlanıb

Xarici siyasət
  • 12 yanvar, 2017
  • 11:34
MDB Hökumət Başçıları Şurasının iclasının tarixi açıqlanıb

Bakı. 12 yanvar. REPORT.AZ/ “Bu il mayın 26-da Rusiyada MDB Hökumət Başçıları Şurasının toplantısı keçiriləcək”.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu MDB-nin icraçı katibi Sergey Lebedev Belarusun paytaxtı Minskdə qurumdakı üzv dövlətlərin daimi səlahiyyətli nümayəndələrinin iclasında bildirib.

“Bu il aprelin 7-də isə Özbəkistanda MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclası olacaq” - S.Lebedev deyib.

44 - Tezliklə