Marta Kos: Aİ Cənubi Qafqazda sülh prosesində fəal iştiraka hazırdır
- 18 sentyabr, 2025
- 14:46

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülhü dəstəkləyir və fəal iştiraka hazırdır.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos "X"də yazıb.
"Bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə səmərəli və açıq fikir mübadiləsi apardıq. Bağlantı məsələsinə xüsusi diqqət ayırmaqla münasibətlərimizi müzakirə etdik. Həmçinin, Vaşinqtonda paraflanmış sülh sazişi münasibətilə Prezidenti təbrik etdim. Aİ regionda davamlı sülhü dəstəkləyir və fəal iştiraka hazırdır",- o əlavə edib.
Productive and open exchange with 🇦🇿@presidentaz in Baku today.
— Marta Kos (@MartaKosEU) September 18, 2025
We discussed our relations with special emphasis on connectivity. I also congratulated the President for the peace agreement signed in Washington.
The 🇪🇺 supports lasting peace in the region and stands ready to… pic.twitter.com/O1l0gt8ZFV