Mariya Zaxarova Azərbaycana gəlib

Xarici siyasət
  • 26 iyul, 2018
  • 15:33
Mariya Zaxarova Azərbaycana gəlib

Bakı. 26 iyul. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana gəlib.

"Report"un verdiyi xəbərə görə, o, "Jara" Beynəlxalq Festivalında iştirak edir.

M.Zaxarova rusiyalı şou-biznes ulduzları ilə birgə festivalın açılışında qırmızı xalça üzərindən keçib.

Rusiya XİN-in sözçüsü deyib ki, o, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndələri ilə müzakirələr aparmaq üçün Bakıya gəlib və müzakirələr sabah keçiriləcək.

"Bu gün Bakıda keçirilən festivaldan çox məmnunam", - M.Zaxarova bildirib.