Mariam Abdelsalam: Müstəmləkəçiliyin nəticələrini birlikdə aradan qaldırmalıyıq

Xarici siyasət
  • 19 may, 2026
  • 12:29
Mariam Abdelsalam: Müstəmləkəçiliyin nəticələrini birlikdə aradan qaldırmalıyıq

Müstəmləkəçiliyin nəticələrini birlikdə aradan qaldırmaq mümkündür.

Bunu "Report"a açıqlamasında BMT Gənclər Məsləhət Şurasının Misirdən olan üzvü Mariam Sayed Mohamed Abdelsalam Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

Onun sözlərinə görə, bu gün əsas məqsəd müstəmləkə dövlətlərinin üzləşdiyi problemlərə dair mümkün qədər geniş auditoriyaya çatmaqdır:

"İnternet imkanlarından istifadə edərək qlobal miqyasda fəaliyyət göstərmək, müxtəlif təşkilatlarla, QHT-lərlə və digər beynəlxalq platformalarla birgə iş aparmaq mümkündür. Fikrimcə, sağlamlıq böhranını birbaşa hədəf alan və ona praktiki cavab verən yeni təşəbbüslər formalaşdırılmalıdır. Ona görə də beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Çünki kolonializm və neokolonializmin nəticələri bu gün hələ də dünyanın çoxsaylı ölkə və regionlarında özünü göstərir. Hamımız bənzər acılar və travmalar yaşayırıq. Bəzi cəmiyyətlər isə bu çətinlikləri dəf etmək üçün səmərəli həll yolları tapa biliblər. Ona görə də bir araya gəlməli, həmrəy olmalı və müxtəlif xalqların tarixlərinin bu ağır mərhələsini necə adladıqlarından dərs çıxarmalıyıq".

44 - Tezliklə