Maral Akşener Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xarici siyasət
  • 08 noyabr, 2021
  • 08:44
Maral Akşener Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Meral Akşener

Türkiyənin İYİ Partiyasının sədri Maral Akşener 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Report” xəbər verir ki, partiya lideri təbrik məktubunu tviter səhifəsində paylaşıb:

“Qarabağımızın qəlbi Şuşada türkün şanlı bayrağının dalğalandığı, qara buludların ardından günəşin doğduğu Qarabağ Zəfəri mübarək olsun! Qarabağ Azərbaycandır!”, - o bildirib.

44 - Tezliklə