Maldivi WUF13-də tikinti və infrastruktur nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək

Xarici siyasət
  • 05 may, 2026
  • 12:10
Maldivi WUF13-də tikinti və infrastruktur nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Maldiv adalarından müvafiq sahənin naziri və onun rəhbərlik etdiyi nümayəndə heyəti qatılacaq.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Maldivin Azərbaycan üzrə qeyri-rezident səfiri Abdul Raheem Abdul Latheef bildirib.

O deyib ki, WUF13 çərçivəsində Maldiv Xarici İşlər Nazirliyi (XİN) ilə Azərbaycanın Yeni Delhidəki səfirliyi arasında danışıqlar aparılıb.

Maldiv XİN-dən bu ölkənin Azərbaycandakı Səfirliyinə verilən məlumatda bildirilib ki, beynəlxalq foruma Maldiv tikinti və infrastruktur naziri Abdulla Muttalibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə qatılacaq:

"Mənim bu foruma şəxsən qatılmaq imkanım olmasa da, cənab nazirin və rəhbərlik etdiyi nümayəndə heyətinin səfər proqramına məsul olan əməkdaşlarımız iştirak təfərrüatlarını nəzarətdə saxlayırlar", - deyə səfir qeyd edib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də keçiriləcək.