Lajana Manandhar: Cənubi Asiya ölkələrində ailələr öz yaxınlarını Yaxın Şərqə işləməyə göndərirlər

Xarici siyasət
  • 21 may, 2026
  • 12:48
Lajana Manandhar: Cənubi Asiya ölkələrində ailələr öz yaxınlarını Yaxın Şərqə işləməyə göndərirlər

Nepal, Pakistan, Hindistan, Şri-Lanka və digər Cənubi Asiya ölkələrində ailələr öz yaxınlarını, qardaşlarını, bacılarını, oğullarını, qızlarını Yaxın Şərqə işləməyə göndərirlər, məqsəd sadəcə gəlir əldə etməkdir.

"Report" xəbər verir ki, bunu Asiya Mənzil Hüquqları Koalisiyası nümayəndəsi və icma əsaslı mənzil hüquqları müdafiəçisi Lajana Manandhar Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı müzakirədə deyib.

O bildirib ki, regiondakı böhran vəziyyəti həmin ailələrin ümidlərini alt-üst edir:

"Dediyim kimi, məqsəd gəlir əldə etmək, ailəyə pul göndərmək, uşaqları məktəbə göndərmək, tibbi xərcləri qarşılamaq və ya daha yaxşı mənzil şəraiti qurmaqdır. Onlar həmin ölkələrin şəhərlərinin və iqtisadiyyatlarının qurulmasına töhfə verirlər ki, əvəzində öz ailələri üçün daha təhlükəsiz və daha yaxşı həyat qura bilsinlər. Yəni bu ailələrin ümidi, məqsədi və arzusu budur. Bu adamlar Yaxın Şərqə məmnuniyyətlə getmirlər və orada daimi yaşamaq istəmirlər. Amma belə böhranlar baş verdikdə təsir son dərəcə ağır olur".

44 filmi