Kuba nümayəndəsi WUF13-də iqlim dəyişikliyinə uyğunlaşma üzrə milli proqram barədə danışıb

Xarici siyasət
  • 20 may, 2026
  • 11:40
Kuba nümayəndəsi WUF13-də iqlim dəyişikliyinə uyğunlaşma üzrə milli proqram barədə danışıb

Kuba hökuməti iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələrinə uyğunlaşma üzrə Tarea Vida (Həyat tapşırığı) adlı milli planın həyata keçirilməsini davam etdirir.

"Report"un məlumatına görə, bunu Kubanın Ərazi Planlaşdırması və Urbanizasiya Milli İnstitutunun vitse-prezidenti Antonio Korbelo Bakıda WUF13 çərçivəsində keçirilən panel müzakirəsi zamanı bəyan edib.

"Bu proqram çərçivəsində ən həssas şəhərlərə xüsusi diqqət yetirilir, fövqəladə hallar və təbii fəlakətlər zamanı qabaqlayıcı tədbirlər görülür", - o qeyd edib.

Onun sözlərinə görə, Kuba həmçinin dağlıq və ucqar bölgələrə dəstək göstərilməsi proqramlarını, eləcə də qadınlar, tənha analar, yaşlı insanlar və əlilliyi olan uşaqlar üçün sosial təşəbbüslər həyata keçirir.

"Bütün bu tədbirlər Kubanın Yeni Şəhər Gündəliyinin müxtəlif istiqamətləri vasitəsilə həyata keçirilir və inkişaf etməyə davam edir", - Korbelo vurğulayıb.