Konqo nümayəndəsi: Bakı Təşəbbüs Qrupunun müstəmləkəçiliyi gündəmə gətirməsi təqdirəlayiqdir
- 30 oktyabr, 2025
- 10:57
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətin müzakirə etmədiyi bir məsələni - Konqo Demokratik Respublikasının müstəmləkəyə çevrilməsini gündəmə gətirib.
"Report" xəbər verir ki, bunu konqolu jurnalist, mühazirəçi və müstəqil tədqiqatçı Dieudonné Kwebe-Kimpele Bakı Dövlət Universitetində "Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları" mövzusunda keçirilən müzakirədə deyib.
O, Bakı Təşəbbüs Qrupunun bu addımını təqdir etdiyini bildirib: "Beynəlxalq ictimaiyyətdə bu, müzakirə məsələsi olmadığı təqdirdə, Bakı Təşəbbüs Qrupu 140 illik müstəmləkə tarixini yenidən araşdırır".
Dieudonné Kwebe-Kimpele 35 illik araşdırmasının yekununda gözlənilməz nəticələrin ortaya çıxdığını bildirib: "Belçika Konqonu satınalma yolu ilə müstəmləkəyə çevirmişdi".