Kiyevdə Azərbaycanın sədrliyi ilə GUAM İşçi Altqrupunun iclası keçirilib
- 13 oktyabr, 2015
- 12:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 12-13-də Kiyevdə GUAM Katibliyində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə dair İşçi Altqrupunun 17-ci iclası keçirilib. "Report" GUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Altqrupun koordinatoru olan Azərbaycan tərəfinin sədrliyi ilə keçən GUAM-ın adıçəkilən qurumun iclasında təşkilata üzv dövlətlərin Demokratiya və İqtisadi İnkişaf Uğrunda nümayəndə heyətləri iştirak edib.
Görüşdə narkotik maddələrin qanunsuz dövriyyasinə qarşı mübarizədə GUAM-a üzv dövlətlərin milli qanunvericiliyi, əməliyyat şəraiti və fəaliyyət istiqamətlərindəki dəyişikliklər haqqında məlumat mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Qeyd edək ki, qurumun növbəti iclası 2016-ci ilin aprel-may aylarında keçiriləcək.