Keniya lideri WUF13-ün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib
- 18 may, 2026
- 15:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Keniya Prezidenti Uillyam Samoei Ruto Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
"Report" xəbər verir ki, Keniya lideri bu barədə Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakıda yüksək səviyyədə və xüsusi qonaqpərvərliklə qarşılanıblar:
"Bu gün Azərbaycandayıq, bu möhtəşəm ölkədə mühüm beynəlxalq tədbirdə iştirak edirik. Bu, həqiqətən nəticəyönümlü tədbirdir. Çünki mənzil məsələsi hər bir ölkəni düşündürür. Statistikaya əsasən, dünyada 3 milyard insan qeyri-münasib mənzil təminatından əziyyət çəkir. Keniyada 1 milyon insan gecəqondularda yaşayır. Bu, sadəcə quru rəqəm deyil, bu, insandır".