Karvalyu: Braziliya iqlim dayanıqlılığının şəhər inkişafına inteqrasiyasını gücləndirir

Xarici siyasət
  • 20 may, 2026
  • 15:52
Karvalyu: Braziliya iqlim dayanıqlılığının şəhər inkişafına inteqrasiyasını gücləndirir

Braziliya ekstremal iqlim hadisələrinin çoxalması və şəhər icmalarının həssaslığının artması fonunda iqlim dayanıqlılığı və sosial siyasətin şəhər inkişafı sisteminə inteqrasiyasını gücləndirir.

"Report" xəbər verir ki, bu barədə Braziliyanın Şəhərlər Nazirliyinin nümayəndəsi Alise Karvalyo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasındakı (WUF13) panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, ekstremal iqlim hadisələri ölkə miqyasında şəhərlərə və əhalinin ən həssas qruplarına tez-tez təsir göstərir.

Bununla əlaqədar olaraq, ötən il təsdiq edilmiş Milli İqlim Planı iqlim dəyişikliyinə uyğunlaşma və sosial ədalət prinsiplərini özündə birləşdirən strateji yanaşmanı təsbit edir: "Dayanıqlılığı inklüzivlik və bərabərlikdən ayrı nəzərdən keçirmək olmaz, çünki məhz əhalinin ən həssas qrupları iqlim dəyişikliyinin ən ağır fəsadlarını öz üzərlərində hiss edirlər".