Karıpov: Beynəlxalq əməkdaşlıq Qırğızıstanda dayanıqlı urbanizasiyaya töhfə verəcək

Xarici siyasət
  • 21 may, 2026
  • 13:06
Karıpov: Beynəlxalq əməkdaşlıq Qırğızıstanda dayanıqlı urbanizasiyaya töhfə verəcək

Beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və ixtisaslaşmış forumlar çərçivəsində tərəfdaşlıq Qırğızıstanda ərazilərin idarə olunmasının müasir sistemlərinin və dayanıqlı urbanizasiyanın daha da inkişafına töhfə verəcək.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabineti yanında Torpaq Resursları üzrə Dövlət Agentliyinin direktor müavini Azamat Karıpov Bakıda WUF13 çərçivəsində "Şəhərlərin dayanıqlı inkişafının hərəkətverici qüvvəsi kimi daşınmaz əmlakın ədalətli vergisi" adlı tədbirdə bildirib.

O vurğulayıb ki, şəhər planlaşdırmasının dəstəklənməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün kadastr məlumatlarının, məkan informasiyasının və rəqəmsal həllərin inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir.

Karıpovun sözlərinə görə, ölkədə dövlət informasiya sisteminin inkişafı, normativ-hüquqi bazanın təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi də daxil olmaqla, milli kadastr sisteminin formalaşdırılması üzrə irimiqyaslı işlər aparılır.

"Kadastr qiymətləndirilməsi təkcə daşınmaz əmlakın dəyərini müəyyən etmək üçün alət kimi deyil, həm də dayanıqlı şəhər idarəetməsi, torpaq-əmlak münasibətlərində şəffaflığın artırılması və bələdiyyələrin inkişafı mexanizmi kimi nəzərdən keçirilir", - o bildirib.

Direktor müavini qeyd edib ki, hökumətlərarası əməkdaşlıq çərçivəsində xarici tərəfdaşların texniki dəstəyi ilə kadastr qiymətləndirilməsi metodikası işlənib hazırlanmışdır.

44 filmi