Kamran Əliyev: ABŞ-də imzalanan sülh sənədi Azərbaycanın siyasi qələbəsidir
- 01 oktyabr, 2025
- 11:22

Ermənistan və Azərbaycan arasında sülh istiqamətində bu il avqustun 8-də ABŞ-də imzalanan sənəd Azərbaycanın müharibədəki qələbəsindən sonra olan siyasi qələbəsidir.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr - Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb: "Biz ona görə müharibə apardıq ki, torpaqlarımız geri qayıtsın. 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi".
Baş prokuror əlavə edib ki, həmçinin ABŞ-də Azərbaycana qarşı sanksiyanı nəzərdə tutan "907-ci düzəliş"in ləğvi də Prezident İlham Əliyevin siyasi və diplomatik sahədə qazandığı yeni qələbə idi".