Kallas: Aİ Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir

Xarici siyasət
  • 16 may, 2025
  • 12:21
Kallas: Aİ Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir.

"Report"un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

K.Kallas hesab edir ki, Bakı və İrəvan sazişi əldə etməyə çox yaxındırlar: "Düşünürəm ki, sülh sazişinin tezliklə imzalanması bütün tərəflərin maraqlarına cavab verir".

O vurğulayıb ki, sammit çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırır: "Mən burada Ermənistanın baş naziri ilə görüşəcəyəm. Mən həmçinin Ermənistana gedəcəyəm. Hesab edirəm ki, regionda gərginliyin azaldılması üçün nə edə biləcəyimiz barədə düşünmək də vacibdir".

44 filmi