Kaleb Orr: Azərbaycan regionun enerji təhlükəsizliyində mühüm rol oynayır
- 02 iyun, 2026
- 17:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"Ötən gün mən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində ABŞ Prezidenti Donald Trampın müraciətini çatdırmaq və Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu görmək şərəfinə nail oldum", - o bildirib.
K.Orr neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, Azərbaycan tərəfi ilə kritik əhəmiyyətli mineralların tədarük zəncirlərinin möhkəmləndirilməsinə dair çərçivə sazişini imzalamaqdan məmnun olduğunu da ifadə edib:
"Bu, Birləşmiş Ştatların tərəfdaşlarımız və müttəfiqlərimizlə birlikdə kritik əhəmiyyətli minerallar və nadir torpaq elementləri üzrə qlobal bazarın yenidən qurulması istiqamətində davam edən səylərinin bir hissəsidir".