İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
- 05 oktyabr, 2026
- 20:55
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin (Antonio Tayani) müavini Edmondo Çirielli Azərbaycanın bu ölkədəki səfiri Elçin Hüseynli ilə görüşüb və tərəflər Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin (Farnesina) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Müzakirələrin mərkəzində əsas siyasi, iqtisadi və enerji məsələləri yer alıb", - məlumatda bilirilib.
Qeyd olunub ki, regional müstəvidə Çirielli İtaliyanın Ermənistanla sülh prosesinə dəstək öhdəliyini yenidən təsdiq edib.
Incontro del VM @edmondocirielli con il nuovo Ambasciatore dell'Azerbaigian, @ElchinNHuseynli 🇮🇹🇦🇿. Al centro del colloquio i principali dossier politici, economici ed energetici. In ambito regionale, Cirielli ha riaffermato l'impegno italiano a sostegno del processo di pace con l'Armenia.
— Farnesina 🇮🇹 (@ItalyMFA) October 5, 2026