Azərbaycan və İsveç arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub
- 16 fevral, 2023
- 07:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda səfərdə olan İsveçin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannesson ilə görüşüb.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, görüş zamanı işğaldan azad edilmiş ərazilərdə mövcud mina probleminin miqyası, onun törətdiyi fəsadlar, Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri sırasında əsas strateji hədəflərdən biri kimi müəyyən edilən azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz geri dönüşü istiqamətində görülən fəaliyyət barədə məlumat verilib.
Görüşdə, minatəmizləmə sahəsində bacarıqların gücləndirilməsi, partlayıcı sursatların zərərsizləşdirilməsi, risklərin qiymətləndirilməsi, topoqrafiya-geodeziya və digər istiqamətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İsveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson da iştirak edib.