Azərbaycan və Türkiyə tankerlərinin qəzasına görə xilastemə qrupları hazır vəziyyətə gətirilib - YENİLƏNİB

Xarici siyasət
  • 30 dekabr, 2025
  • 14:48
Azərbaycan və Türkiyə tankerlərinin qəzasına görə xilastemə qrupları hazır vəziyyətə gətirilib - YENİLƏNİB

Türkiyənin "Haber Global" telekanalı İstanbulun Florya sahillərində Azərbaycan və Türkiyə bayraqlı tankerlərin lövbər zəncirlərinin bir-birlərinə ilişməsi və sahilə həyacan siqnalı göndərilməsi ilə əlaqədar hadisə yerindən videoreportaj hazırlayıb.

"Report"un məlumatına görə, telekanalın hadisə yerinə ezam olunan əməkdaşı Mehmet Altunışık görülən tədbirlər barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, həyəcan siqnalının ardınca "Romörkör-9" xilaestemə gəmisi dərhal hadisə yerinə cəlb olunub. Odan sonra isə daha üç xilasetmə gəmisi əraziyə göndərilib.

Mehmet Altunışık bildirib ki, hələlik tankerlərdəki heyətin həyati təhlükəsizliyi ilə bağlı narahatlıq qeydə alınmayıb.

Dənizdəki xilasetmə işləri ilə yanaşı, sahildə də müxtəlif təyinatlı xilasetmə qruplarının hazırlıqlı vəziyyətə gətirildiyi əlavə olunub.

Məlumat üçün qeyd edək ki, hadisədən dərhal sonra ASCO mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyətinin əraziyə cəlb olunması barədə məlumat yayıb.

Bildirilib ki, hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı gəmidə yük olmayıb.

İstanbulun Mərmərə dənizi sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tankerdən həyəcan siqnalı daxil olub.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

Türkiyə KİV-inin yaydığı məlumata görə, 141 metr uzunluğundakı "Kəlbəcər" və 115 metr uzunluğundakı "Alatepe" tankerləri toqquşub.

Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.

Hadisənin fırtına səbəbindən baş verdiyi vurğulanıb.

Azərbaycan və Türkiyə tankerlərinin qəzasına görə xilastemə qrupları hazır vəziyyətə gətirilib - YENİLƏNİB

Azərbaycan və Türkiyə tankerlərinin qəzasına görə xilastemə qrupları hazır vəziyyətə gətirilib - YENİLƏNİB