İsmayıl Serageldin: Qlobal Bakı Forumu bu il xüsusi əhəmiyyət daşıyır
- 11 mart, 2026
- 15:29
Bu il XIII Qlobal Bakı Forumu xüsusi əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında çıxış edən Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin bildirib.
"Dünya müharibələrə bürünüb. Təkcə keçid deyil, həm də çoxtərəfli qarşılıqlı əlaqə qaydalarına əsaslanan əvvəlki nizamın çox ciddi, bəlkə də ölümcül bir zərbə aldığı bir dövrü yaşayır", - o deyib.
İ.Serageldin qeyd edib ki, belə şəraitdə Qlobal Bakı Forumu mühüm rol oynaya bilər, çünki onun iştirakçıları arasında təcrübəli siyasətçilər və beynəlxalq münasibətlər sahəsində ekspertlər var: "Bakı Forumu elə bir vaxtda keçirilir ki, onun iştirakçılarının təcrübəsinə həmişəkindən daha çox ehtiyacımız var. Lakin bizə həmçinin onların münaqişələrin həlli üçün yeni yollar axtarmağa hazır olması lazımdır".