İsmayıl Serageldin: İqlim dəyişikliyinin təsirlərini nəzərə almamaq düzgün deyil
- 08 sentyabr, 2026
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim dəyişikliyinin təsirlərini nəzərə almamaq düzgün deyil.
"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində "İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə" mövzusundakı panel sessiyada deyib.
Onun sözlərinə görə, dünya əhalisinin 50%-dən çoxu şəhərlərdə yaşayır və sürətlə böyüyən şəhər mərkəzləri iqtisadi fəallığın böyük hissəsinin cəmləşdiyi, bir çox başqa mənfi amillərin baş verdiyi məkanlardır:
"Bu səbəbdən, həmin şəhərlərlə bağlı tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir. Şəhər mərkəzləri yalnız innovasiya, iqtisadi fəallıq və inkişaf ocaqları deyil, həm də "istilik adaları"na çevrilməyə meyillidirlər. Qlobal iqlim dəyişikliyi məsələsinə nəzər salsaq, sıx tikinti, betonlaşma, istilik əks olunmaları, maşınlar və orada olan digər amillər səbəbindən şəhərlər "istilik adaları" rolu oynayır".
İ.Serageldin əlavə edib ki, qeyd olunan problemin həlli adaptasiya və vətəndaşların bu işə cəlb edilməsilə tapıla bilər: "Ümumiyyətlə, dünya COP31-ə doğru addım atdıqca, iqlim dəyişikliyi ilə bağlı yaşanan fəsadlardan nəticə çıxarmaq lazımdır".