İslam Sivilizasiyası Mərkəzi Daşkənd və Bakıdakı tarixi əlyazmaları birgə tədqiq etməyə hazırdır
- 26 oktyabr, 2026
- 16:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzi Azərbaycanın elmi-tədqiqat müəssisələri, universitetləri, kitabxanaları və muzeyləri ilə əməkdaşlığa ümid edir.
"Report" xəbər verir ki, bu barədə Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxalikov Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzinin təqdimatı çərçivəsində Bakıda keçirilən beynəlxalq elmi konfransda bildirib.
Onun sözlərinə görə, tərəflər əməkdaşlığa Daşkənd və Bakıda saxlanılan əlyazmaların birgə tədqiqindən, eləcə də eyni əsərlərin müxtəlif nüsxələrinin müqayisə edilməsindən başlaya bilərlər.
Onun sözlərinə görə, tərəflər əməkdaşlığa Daşkənd və Bakıda saxlanılan əlyazmaların birgə öyrənilməsi, eləcə də eyni əsərlərin müxtəlif nüsxələrinin müqayisə edilməsi ilə başlaya bilərlər: "Gəlin tədqiqatlarımızın nəticələrinə əsasən birgə kitablar və kataloqlar nəşr edək, sərgilər təşkil edək. Xalqlarımızı bir-birinə bağlayan insanlar və hadisələr haqqında filmlər yaradaq. Bu tarixi geniş ictimaiyyətə əlçatan və maraqlı formada təqdim edək".
O, həmçinin iki ölkənin gənc alimləri arasında, o cümlədən əlyazmaların öyrənilməsi, muzeylərdə iş, eləcə də nadir əsərlərin qorunması və bərpası üsullarının mənimsənilməsi sahələrində təcrübə mübadiləsi üçün imkanların yaradılmasının vacibliyini vurğulayıb: "Bu gün birlikdə işləməyə başlayan iki gənc alim sabah genişmiqyaslı elmi əməkdaşlığın əsasını qoya bilər".
F.Abduxalikov qeyd edib ki, iki xalqın əcdadları kitabları qoruyub saxlayıb, əlyazmaların üzünü köçürüb, elm və incəsənəti inkişaf etdirib, həmçinin öyrənilməsi, qorunması, yeni biliklərlə zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi vacib olan zəngin irs qoyub gediblər.
Onun sözlərinə görə, elmi və mədəni sahələrdəki birgə təşəbbüslər Özbəkistan və Azərbaycan arasında dostluğu möhkəmləndirməyə imkan verəcək və gələcək nəsillər üçün əhəmiyyətli bir irs olacaq.