İran XİN: Azərbaycanın Tehrandakı səfirliyi iyulun sonuna qədər fəaliyyətini bərpa edəcək

Xarici siyasət
  • 09 iyul, 2024
  • 12:00
İran XİN: Azərbaycanın Tehrandakı səfirliyi iyulun sonuna qədər fəaliyyətini bərpa edəcək

Azərbaycanın İrandakı səfirliyi 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək.

"Report” İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya Baş İdarəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

“Azərbaycanın Tehrandakı səfirliyinin yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcəyi gözlənilir”, - o vurğulayıb.

Onun sözlərinə görə, rəsmi Tehran hələ ki, İranın Azərbaycana yeni səfirini təyin etməyib.

XİN rəsmisi əlavə edib ki, səfirin təyinatına İranda yeni hökumət formalaşandan sonra baxılacaq.