IMF: Bakı və İrəvan arasında sülh sazişinin paraflanması regionda əməkdaşlığa doğru atılan böyük addımdır

Xarici siyasət
  • 30 oktyabr, 2025
  • 11:20
IMF: Bakı və İrəvan arasında sülh sazişinin paraflanması regionda əməkdaşlığa doğru atılan böyük addımdır

Avqust ayında Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması daha böyük sabitliyə və regional əməkdaşlığa doğru atılan ümidverici addımdır.

"Report"un verdiyi məlumata görə, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur mətbuat konfransında bəyan edib.

"Əgər bu proses davam edərsə, regionda ticarət, investisiya və iqtisadi inteqrasiya üçün yeni imkanlar açıla bilər", - C.Azur deyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 7-8 avqust tarixlərində Vaşinqtonda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə birgə bəyannamə imzalayıblar. Bundan başqa, Azərbaycan və Ermənistanın xarici işlər nazirlikləri üç ölkənin liderlərinin iştirakı ilə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti