İlham Əliyevin Çin telekanalına müsahibəsi zamanı Azərbaycan çayı barədə maraqlı dialoq yaşanıb

Xarici siyasət
  • 26 aprel, 2025
  • 13:20
İlham Əliyevin Çin telekanalına müsahibəsi zamanı Azərbaycan çayı barədə maraqlı dialoq yaşanıb

Prezident İlham Əliyevin Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı Azərbaycan çayı barədə aparıcı ilə maraqlı dialoq yaşanıb.

"Report" həmin dialoqu təqdim edir:

- Bilirsiniz, cənab Prezident, biz danışırıq və mən sanki susamışam, yanımızda çay var.

- Bilirəm nəyi nəzərdə tutursunuz.

- Bayaqdan ona baxıram. Sizin şərəfinizə.

- Sizin şərəfinizə.

- Həqiqətən də ləzizdir. İlk dəfədir ki, Azərbaycan çayının dadına baxıram.

- Doğrudan?

- Bəli. Stəkan çox gözəldir. Bunun nə olduğunu bilmək istəyirəm.

- Bəli, bu, milli stəkandır. Bilirsiniz, onun forması, zənnimcə, armuda bənzəyir. Beləliklə, stəkanın forması, əslində, çayın isti qalması üçün nəzərdə tutulub, çünki adətən biz çayı çox qaynar içirik.

- Çox qaynar, anladım.

- Beləliklə, çay soyumur. Stəkanın bu forması aşağı hissəni qaynar saxlayır.

- Anladım. Əlbəttə ki, bu forma dada əlavə rəng qatır.

- Lakin mən Çində çayın o qədər də qaynar verilmədiyini görmüşəm. Bu, elədir?

- Bizdə də çay çox qaynar verilir. Ola bilsin ki, Siz qonaq olduğunuz üçün onlar Sizə zərər dəyməsin deyə çayı qaynar vermirlər. Çünki çox nəzakətli və ehtiyatlı davranırlar. Lakin çay nöqteyi-nəzərindən bizim çoxlu oxşarlıqlarımız var. Məsələn, hamımız çay içməyi sevirik, lakin fərqli bir təamlarla. Bu da bizi bir çox məsələlərə gətirib çıxarır. Bilirsiniz, Qədim İpək Yolu, məsələn, mən onun haqqında danışa bilərəm. Ya da biz xalqlararası mübadilələr, turizm haqqında danışa bilərik. Bilirəm ki, ölkəniz artıq bir ildir ki, birtərəfli olaraq çinli turistləri viza almaq tələbindən azad edib. İndi isə bu səfərdə bizimlə ən son xəbərləri paylaşmaq istərdinizmi?

- Bəli, bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Siz də düzgün qeyd etdiyiniz kimi, keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi.

Dövlət başçısının müsahibə zamanı Azərbaycan çayı barədə aparıcı ilə maraqlı dialoqu bir neçə sualdan sonra da davam edib. 

- İcazə verin, bir qurtum da içim, həqiqətən də ləzizdir. Düşünürəm ki, kiçik bir limon dilimi və bir az şəkərlə daha yaxşı olar. Ola bilsin ki, daha çox olacaq. Yeri gəlmişkən, bunlar Azərbaycan məhsullarıdır.

- Bəli, bilirəm.

- Azərbaycan çayı, fərqli bir tam.

- Yeri gəlmişkən, Azərbaycandan gətirilmiş mineral su da çox yaxşıdır.

- Budur?

- Bəli, sağlamlıq üçün çox yaxşıdır.

- İstisu?

- İstisu. İsti su deməkdir. Demək olar ki, qaynar bulaqdan çıxır.

- Yaxşı. Mən əminəm ki, çinlilər bu məhsulu tapmaq üçün öz Taobao və JD hesablarında araşdırıb baxacaqlar. Bəli, həqiqətən də demək istəyirəm ki, malların daşınması baxımından, Azərbaycan Çinlə əlaqələri xeyli inkişaf etdirib. Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir.

- Artıq 4 ən böyük tərəfdaşından biridir.