İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 10:05
İlham Əliyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu effektiv platformaya çevrilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100 ölkədən 500 xarici qonaq iştirak edir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Prezident forumun son illər ərzində sözün əsl mənasında effektiv və inklüziv platformaya çevrildiyini qeyd edib:

"Əslində, forumda qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər haqqında danışırıq. 2011-ci ildə bizim təşəbbüsümüzlə ilk dəfə belə bir forum təşkil olundu. Mən BMT-yə bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkürümü bildirirəm".

Dövlət başçısı bildirib ki, bu forum iki ildən bir keçirilir və burada hamıya aid məsələlər müzakirə edilir:

"Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu gətirdiyi bir irsdir və biz bunu yüksək qiymətləndiririk".

44 filmi