Prezident İlham Əliyev belaruslu həmkarı ilə görüşüb
Xarici siyasət
- 26 dekabr, 2023
- 11:20
Rusiyanın Sankt-Peterburq şəhərində dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü olub.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı bir daha məmnunluqla qeyd edilib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirilib.
Yüksək səviyyəli görüşlərin və təmasların əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.
Dövlət başçıları əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək gələcək təmaslar və əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Son xəbərlər
00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00
Azərbaycanda Bilik Günüdür
Elm və təhsil00:00
Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
Daxili siyasət23:46
SEPAH: Hörmüz boğazında neft tankeri partlayıb
Region23:33
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir
Digər ölkələr23:16
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 1 613 şübhəli saxlanılıb
Region22:59
Foto
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
Fərdi22:37