İcma: "Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur"

Xarici siyasət
  • 20 sentyabr, 2023
  • 06:33
İcma: Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur

"Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur".

"Report" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Estoniya Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, Estoniyanın Azərbaycanın daxili işlərinə müdaxilə etmək üçün heç bir mənəvi hüququ yoxdur: "Estoniya öz ərazisində sıxışdırdığı etnik azlığın hüquqlarını qorumalı, onları qanunsuz olaraq vətəndaşlıqdan məhrum etməməli və inteqrasiya məqsədilə həmin icma ilə dialoq aparmalıdır".

44 filmi