İtaliya səfirliyində xatirə kitabı açılacaq

Xarici siyasət
  • 26 avqust, 2016
  • 09:09
İtaliya səfirliyində xatirə kitabı açılacaq

Bakı. 26 avqust. REPORT.AZ/ İtaliyanın mərkəzində baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin anılması məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.

Səfirlikdən "Report"a verilən məlumata görə, xatirə kitabı avqustun 30-da saat 11:00-dan 13:00-dək, avqustun 31-də isə saat 10:00-dan 13:00-dək açıq olacaq.

Xatırladaq ki, avqustun 24-də baş vermiş zəlzələ nəticəsində 270-dən çox adam həlak olub, bir çox şəhərlərə ciddi ziyan dəyib.

44 - Tezliklə