Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

Xarici siyasət
  • 30 aprel, 2026
  • 18:26
Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

Prezidentin köməkçisi, Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"İssam bin Saleh əl-Cuteyli Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb", - paylaşımda bildirilib və əlavə olunub ki, söhbət zamanı qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib.