Hikmət Hacıyev: Müharibədə qalib gələn Azərbaycan indi sülhdə də qələbə qazanır
- 08 noyabr, 2025
- 14:22
Müharibədə qalib gələn (2020-ci ildə - red.) Azərbaycan indi sülhdə də qələbə qazanır.
"Report"un verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.
H.Hacıyev Bakıda Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paraddan video paylaşıb.
"Vətən müharibəsində qalib gəlmiş ölkə! Azərbaycanın müzəffər Silahlı Qüvvələri regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatçısıdır. Müharibədə qalib gələn Azərbaycan indi sülhdə də qələbə qazanır", - o, videoya şərhində yazıb.
The Nation Victorious in the Patriotic War!
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 8, 2025
The victorious Azerbaijani Armed Forces are the guarantor of peace, stability, and security in the region.
Having won the war, Azerbaijan now wins in peace as well. pic.twitter.com/Bha83Q4gcr